Qum Tökmə, tökmə texnikaları arasında ən çox seçilən üsullardan biridir.Sözügedən üsul həm də ən sadə və praktik tökmə texnikasıdır. Proses zamanı tökmə materialı tökmə qumuna ötürülür. Ərimiş metal, boşluğa doldurularaq tökmə materialı həmin hissə ilə birləşir. Boşluğa doldurulan material soyuduqdan sonra qumdan çıxarılır. Edilən bu proseslə tökümü edilən materialın orijinal dizaynı əldə edilir.
Mürəkkəb bir tökmə hissədən ən yaxşı nəticə əldə etmək üçün proses zamanı keyfiyyətli qumdan istifadə etmək lazımdır.
İstənilən keyfiyyəti üzə çıxaran dəqiq töküm, istehsalı çətin olan hissələrin əridilməsinə imkan verir. Prototip işlərini və kütləvi istehsalı sürətləndirən həll qaynaqlarından biri olur. Bu üsulla hamar səthlərə malik hissələr minimum emal xərcləri ilə edilə bilər.
Dəqiq tökmə mum materialının keramika ilə örtüldükdən sonra qızdırılması, onun qəlibdən çıxarılması və əridiləcək metalın qəlibə tökülməsi prosesidir.. Bu üsulla kiçik və tökümü çətin olan hissələr istehsal edilir. Polad ərintilər, alüminium, paslanmayan polad kimi bir çox metalın istehsalı dəqiq töküm ilə edilir.
Pandemiya zamanında ortaya çıxan qlobal təchizat problemləri yerli istehsalı daha çox lazımlı etmişdir. Son zamanlardakı hadisələrin də təsirilə 2011-dən bəri metal tökmə istehsalının orta illik göstəricisi 7%-ə yüksəlmişdir.Türkiyə Tökmə İstehsalçıları Dərnəyinin (TÜTÖKİSD) tərəfindən paylaşılan məlumatlara görə sektorda fəaliyyet göstərən üzv şirkətlərinin ixrac həcmi isə 4,1 milyard ABŞ dolları səviyyəsindədir. Əldə edilən həcm, Türkiyənin dünya Tökmə istehsalı sıralamasında doqquzuncu yeri tutmasını təmin edir.